Hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulan maddi ziyanın 44 faizinin istintaq zamanı ödənməsini təmin edib

Hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulan maddi ziyanın 44 faizinin istintaq zamanı ödənməsini təmin edib
# 27 yanvar 2011 15:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 44 faizinin istintaq zamanı ödənməsini təmin edib. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bu gün keçirilən kollegiyada məlumat verib. Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən X. Vəliyev mənimsəmə və israf etmə yolu ilə talama cinayətlərinin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görüldüyünü bildirib. Lakin o, bu sahədə görülən işlərin səmərəliliyini və keyfiyyətini daha da artırılmasının vacib olduğunu vurğulayıb. Qeyd edilib ki, Silahlı Qüvvələrdə qanun pozuntularının araşdırılması şöbəsinə daxil olmuş müraciətlərin araşdırılması nəticəsində 14 cinayət işi başlanıb.

Hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.

Hesabat dövründə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq, baxılması üçün məhkəməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR