Azərbaycan Baş Prokurorluğu Bəxtiyar Hacıyev barəsində cinayət işinin başlanması ilə bağlı məlumat yayıb

Azərbaycan Baş Prokurorluğu Bəxtiyar Hacıyev barəsində cinayət işinin başlanması ilə bağlı məlumat yayıb
# 27 yanvar 2011 16:09 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 1982-ci ildə anadan olmuş, Gəncə şəhər sakini Hacıyev Bəxtiyar İlyas oğlu 02 yanvar 2004-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığında həkim komissiyasından keçərək hərbi xidmətə yararlı hesab edilib. Həqiqi hərbi xidmətə çağırışla bağlı Bəxtiyar Hacıyevə ilk dəfə Ağdaş özəl türk litseyində təhsil alması, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində, 2004-2006-cı illərdə isə Xəzər Universitetində təhsilini davam etdirməsi ilə əlaqədar hərbi komissarlıq tərəfindən möhlət hüququ verilib.

B. Hacıyev 30 iyun 2006-cı il tarixdə möhlət hüququnun bitməsinə baxmayaraq, həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığına gəlməyib.
Bəxtiyar Hacıyev 10 iyul 2010-cu il tarixdə Gəncə şəhəri Nizami RHK-da təkrar olaraq tibbi komissiyadan keçib və hərbi xidmətə yararlı hesab edilib. Onun adı 08 sentyabr 2010-cu il tarixdə 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olan çağırışçıların siyahısına əlavə olunaraq həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin edilib. Lakin o, çağırışın aparıldığı vaxtda komissarlığa gəlməyib.

Bəxtiyar Hacıyev 19 noyabr 2010-cu il tarixdə Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Nizami RHK-a gətirilib və həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həkim komissiyasından keçməsi təklif olunub. Lakin o, həkim komissiyasından keçməkdən, çağırış vərəqəsinə və iltizama imza etməkdən imtina edib. 27 dekabr 2010-cu il tarixdə Gəncə şəhəri Nizami RHK tərəfindən Bəxtiyar Hacıyevin hərbi xidmətdən boyun qaçırması ilə əlaqədar toplanmış materiallar Gəncə Şəhər Prokurorluğuna göndərilib.

Araşdırmalarla əlaqədar Bəxtiyar Hacıyev 28, 30 dekabr 2010-cu il, 01 yanvar 2011-ci il tarixlərdə məktublar yazılmaqla poçt, 06 yanvar 2011-ci ildə isə telefon vasitəsilə çağırılmasına baxmayaraq prokurorluğa gəlməkdən imtina edib. 24 yanvar 2011-ci il tarixdə Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Gəncə şəhəri Nizami RHK-ya gətirilib, lakin o, hərbi xidmətə getməkdən yenidən imtina edib.
Həmin tarixdə hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyev barəsində Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR