Bakıda avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib

Bakıda avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib
# 28 yanvar 2011 08:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında avtomobillərdən oğurluq edən dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi, Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, 17-ci və 18-ci polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - Vüsal Ağakişiyev, Yusif Nuriyev, Asif Əhmədov, Nicat Mustafayev, Fərid Əyyublu və Təbriz Fətəliyev tutulublar. Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər 2010-cu il dekabrın 25-nə keçən gecə Bakıda Mərdanov qardaşları küçəsində Elməddin Dəmirova məxsus «VAZ-2107» markalı avtomobildən maqnitafon, 5 ədəd səs gücləndirici, ehtiyat təkər, Elfaq Allahverdiyevə məxsus «VAZ-2106» markalı avtomobildən isə maqnitafon oğurlayıblar.

Sonradan isə dəstə üzvlərinin yanvarın 5-də Bakıda Mərdanov qardaşları küçəsində Həsənağa Məmmədova məxsus «VAZ-2106» markalı, Daş karxanası küçəsində yaşayan Elşad Xəlilova məxsus «VAZ-2107» markalı və yanvarın 14-də Hidayətzadə küçəsində Fərid Məmmədova məxsus «VAZ-2107» markalı avtomobillərdən də oğurluq etmələri müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR