Ötən il Azərbaycanda dəm qazından 1245 zəhərlənmə faktı qeydə alınıb

Ötən il Azərbaycanda dəm qazından 1245 zəhərlənmə faktı qeydə alınıb
# 28 yanvar 2011 12:32 (UTC +04:00)
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatda bildirilir ki, 2011-ci ilin yanvar ayının 1-dən 18-dək isə respublika ərazisində dəm qazından 175 zəhərlənmə faktı qeydə alınıb ki, onlardan 7-si ölümlə nəticələnib. Bununla yanaşı 2010-cu ildə ölkədə 26 partlayış hadisəsi baş verib. Onlardan 21-i məhz qaz sızması nəticəsində meydana gəlib. Bu hadisələr nəticəsində 38 nəfər xəsarət alıb, 2 nəfər isə dünyasını dəyişib.
FHN-in məlumatında həmçinin bildirilir ki, respublika ərazisində qaz təchizatı və istehlakı sahəsində mövcud olan nöqsan və qanun pozuntularının aşkar edilməsi, qarşısının alınması və nəzarətin gücləndirilməsi istiqamətində nazirliyin müvafiq qurumları tərəfindən kompleks tədbirlər həyata keçirilib. 2010-cu ildə 17000-dən artıq müəssisədə, 111000-dən artıq yaşayış evində qaz təsərrüfatı müayinədən keçirilib və nəticədə 27 min 600-dən artıq qaz təsərrüfatı ilə bağlı nöqsanlar aşkar edilib. Habelə aidiyyatı təşkilatlar tərəfindən 3800-dən artıq mənzilin tüstü bacası təmizlənib.
FHN bir daha ölkə əhalisinə müraciət edərək bəyan edir ki, baş verə biləcək hər hansı təhlükənin qarşısını almaq üçün ilk növbədə əhali qaz cihazlarından istifadədə müvafiq norma və qaydalara riayət etməli, kustar üsulla hazırlanmış sobalardan istifadə etməməli, özlərinin və yaxınlarının sağlamlığını qorumaq üçün təhlükəsizlik qaydalarını bilməli və əməl etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR