Azərbaycanlı müğənni Türkiyə məhkəməsində ifadə verib

Azərbaycanlı müğənni Türkiyə məhkəməsində ifadə verib
# 28 yanvar 2011 14:31 (UTC +04:00)
Bakı – APA. Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel (Zeynalova) məhkəmədə ifadə verib. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, G. Zeynalova ilə birlikdə məhkəməyə vəkili Naci Bilan, qarşı tərəfdən isə məşhur iş adamı Rza Zərrabın özü deyil, yalnız vəkili Ayten Hiçyılmaz qatılıb.
G. Zeynalova məhkəməyə ifadəsində ona qarşı R. Zərrab tərəfindən qaldırılmış hədələmə iddiasını qəbul etmədiyini deyib: “Daha öncə bu mövzu ilə bağlı vəkilimlə bərabər ifadəmi vermişdim. Həmin ifadəm doğrudur”.
Müğənninin vəkili isə G. Zeynalovanın atasının hadisə haqqında məlumatlı olduğunu bildirərək, onun da məhkəmədə çıxış edəcəyini söyləyib.
R. Zərrabın vəkili Ayten Hiçyılmaz isə müvəkkilinin məhkəməyə gəlməməsinə səbəb kimi onun İstanbuldan kənarda olmasını göstərib. O, R. Zərrabın növbəti prosesə qatılacağını deyib.
Hakim R. Zərrabın məhkəməyə zorla gətirilməsi barədə qərar verərək məhkəməni növbəti müddətədək təxirə salıb.
Qeyd edək ki, İstanbul Cümhuriyyət Prokurorluğunda hazırlanmış ittihamnamədə iddiaçı R. Zərrabın cavabdeh G. Zeynalova ilə 10 ildir münasibətlərinin olduğu qeyd edilib.
R. Zərrabın müğənninin onu hədələməsi ilə bağlı iddiaları təsdiqini taparsa, G. Zeynalovanı 6 aydan 2 ilədək həbs cəzası gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR