Misirin Venesueladakı səfirliyi ələ keçirilib

Misirin Venesueladakı səfirliyi ələ keçirilib
# 29 yanvar 2011 02:44 (UTC +04:00)
Bakı-APA. Bir qrup misirli gənc Misirdəki hadisələrə dəstək vermək məqsədilə bu ölkənin Venesueladakı səfirliyini bir neçə saatlığa ələ keçirib. Bu barədə Venesuela prezidenti Uqo Çaves məlumat verib.

O bildirib ki, «gənclər sənəd düzəltmək adı altında səfirliyə daxil olaraq oranı ələ keçirdiklərini bəyan ediblər».

Problemi həll etmək üçün Misir səfiri Venesuela rəhbərliyindən yardım istəyib. «Mən dərhal daxili işlər naziri və təhlükəsizlik qüvvələrinə müvafiq tapşırıqlar verdim», deyə Çaves bildirib. «Misir səfiri Venesuela polisinə səfirliyin ərazisinə daxil olmağa icazə versə də, buna ehtiyac olmadı, çünki mən bu şəxslərlə dialoqa başlamaq barədə göstəriş vermişdim», deyə Çaves əlavə edib.

«Venesuela xarici işlər naziri Nikolas Maduro səfirlikdə olan gənclərlə görüşüb və onların liderlərindən biri Çaves və Venesuela xalqına olan hörmətlərinə görə səfirliyi tərk edəcəklərini bildirib», deyə prezident vurğulayıb.

Misirlilər artıq səfirliyi tərk ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR