Ruandada terror aktı baş verib

Ruandada terror aktı baş verib
# 28 yanvar 2011 22:40 (UTC +04:00)
Bakı-APA. Ruandanın paytaxtı Kiqalidə baş vermiş terror aktı nəticəsində ən azı 2 nəfər həlak olub. Bu barədə Ruanda polisinin nümayəndəsi Teos Badeqe bildirib.

Kiqalidəki taksi dayanacaqlarından birində qumbara partlayıb. Bu rayon beynəlxalq hava limanına yaxın olduğu üçün orada polis qüvvələrinin sayı həmişə çox olur.

Ötən il Kiqalidə avqustda keçirilmiş prezident seçkiləri ərəfəsi çox partlayışlar baş verib. Ruandadakı gərginlik hutuların çoxluq təşkil etdiyi ölkədə dövlət orqanlarının etnik azlıq tutsilərin əlində olmasından qaynaqlanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR