Ağdaşda qaraçılardan xeyli miqdarda narkotik vasitə götürülüb

Ağdaşda qaraçılardan xeyli miqdarda narkotik vasitə götürülüb
# 31 yanvar 2011 08:12 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaş şəhərində məskunlaşan qaraçılarda marixuana aşkar edilib. Rayon Polis Şöbəsinin müstəntiqi Şirazi Qasımzadə APA-nın Şirvan bürosuna bildirib ki, polis əməkdaşları yanvarın 30-da Ağdaş şəhərinin “Qaracılar” məhəlləsində, Vaqif küçəsindəki 25 saylı mənzildə yaşayan 1980-ci il təvəllüdlü Məlikov Nadir Ərəstun oğlunun üzərindən 7.25 qram, həmin küçənin 27 saylı mənzilində yaşayan 1958-ci il təvəllüdlü Məmmədov Bəyzadə Ədalət oğlunun evindən 6.24 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib və barələrində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR