Həyat yoldaşını qətlə yetirən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Həyat yoldaşını qətlə yetirən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib
# 31 yanvar 2011 11:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirən Əlihəsən Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsəsən, Ə. Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, 51 yaşlı Əlihəsən Abdullayev yaşadığı evdə həyat yoldaşı, 45 yaşlı Almaz Abdullayevanı bıçaqlayıb. A. Abdullayeva aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Həyat yoldaşının öldüyünü görən Ə. Abdullayev özünə qəsd etmək məqsədilə qollarını doğrayıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində
Ə. Abdullayevin həyatını xilas etmək mümkün olub. Hadisəyə ailə münaqişəsi səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR