DİN: Azərbaycanda bütün səfirliklərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyi etibarlı şəkildə qorunur

DİN: Azərbaycanda bütün səfirliklərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyi etibarlı şəkildə qorunur
# 31 yanvar 2011 13:01 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib. O qeyd edib ki, ölkədə fəaliyyət göstərən bütün diplomatik korpusun və dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi polis orqanları tərəfindən etibarlı şəkildə qorunur və Daxili İşlər Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifənin öhdəsindən gəlir. O. Mansurzadə, həmçinin ölkədə əməliyyat şəraitinin nəzarətdə olduğunu qeyd edib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edib. ABŞ Dövlət Departamenti bununla bağlı Azərbaycandakı ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb: “Dövlət Departamenti terror təhlükəsi haqqında malik olduğu informasiyaya əsaslanaraq ABŞ vətəndaşlarını Azərbaycanda, o cümlədən ABŞ maraqlarına qarşı ehtimal olunan terror aktları ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlıq edir. Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə ictimai yerlərdə sayıq olmalı, öz şəxsi təhlükəsizlikləri ilə bağlı sayıqlıq nümayiş etdirməlidir”.

Analoji xəbərdarlıqla Böyük Britaniya Xarici İşlər Nazirliyi də çıxış edib. Britaniya XİN öz Azərbaycandakı vətəndaşlarını sayıqlıq nümayiş etdirməyə çağırıb.

ABŞ səfirliyinin mətbuat katibi Kit Bin APA-ya açıqlamasında ABŞ vətəndaşlarına müvafiq xəbərdarlıq olduğunu deyib, lakin əlavə şərh verməyib: “Lakin biz təhlükənin xarakteri və məlumatın mənbəyi barədə şərh verə bilmərik”.

ABŞ və Böyük Britaniyanın Azərbaycanda mümkün terror təhlükəsi ilə bağlı xəbərdarlığına münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev APA-ya bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir: “Bu proses daimidir. Ölkəmizin aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR