Azərbaycan paytaxtında dəm qazından daha bir ölüm faktı qeydə alınıb

Azərbaycan paytaxtında dəm qazından daha bir ölüm faktı qeydə alınıb
# 31 yanvar 2011 14:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda 28 yaşlı oğlan dəm qazından boğulub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə bu gün Bakı şəhəri, Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən mənzillərdən birində bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Mənzilin giriş hissəsində qaz qoxusunun gəlməsini nəzərə alaraq xilasedicilər mənzilə daxil olan qazı şəbəkədən ayırıb və təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 1983-cü il təvəllüdlü Qonoçkin Evgeni Viktoroviç hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılan müayinə nəticəsində E. Qonoçkinin vəfat etdiyi məlum olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR