Bakıda yük maşını aşıb, xəsarət alan var

Bakıda yük maşını aşıb, xəsarət alan var
# 31 yanvar 2011 14:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında yük maşını aşıb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Bakı şəhəri, Xətai rayonunda "KamAZ" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü yaralanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralını çıxararaq xəstəxanaya yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR