Balakən sakinlərinin evindən qadağan olunmuş dini ədəbiyyat götürülüb

Balakən sakinlərinin evindən qadağan olunmuş dini ədəbiyyat götürülüb
# 31 yanvar 2011 16:09 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda yaşayan, vəhhabi təriqətinin üzvü olması ehtimal edilən şəxslərin evindən qadağan olunmuş dini ədəbiyyat götürülüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Balakən RPŞ-nin əməkdaşlarının vəhhabi təriqətinin üzvü olduğu ehtimal edilən 1979-cu il təvəllüdlü Həmzəyev Elmir Məhəmməd oğlunun və 1978-ci il təvəllüdlü, rayonun Mahmalar kənd sakini İsgəndərov Elçin Cavad oğlunun yaşadığı evdə qanunsuz dini təblig edən ədəbiyyatların aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib. Keçirilmiş tədbir nəticəsində Elmir Həmzəyevin yaşadığı evdən 6 ədəd dini kitab, 29 ədəd müxtəlif ölçüdə dini broşür, 4 ədəd dini mövzuda DVD diskləri, Elçin İsgəndərovun yaşadığı evdən isə 2 ədəd dini kitab, 13 ədəd müxtəlif ölçüdə dini broşür, 11 ədəd disk və 1 ədəd videokasset aşkar edərək götürülüb. Faktla bağlı Balakən RPŞ-nin istintaq bölməsində araşdırma aparılır, Elmar Həmzəyevin və Elçin İsgəndərovun yaşadığı evdən götürülmüş dini ədəbiyyat və vəsait qanunsuz dini təriqəti təbliğ edən ədəbiyyat və vəsait olub olmadığını araşdırmaq içün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatalada fəaliyyət göstərən regional idarəsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR