Avropa Məhkəməsi Azərbaycana dair daha iki iş üzrə qərarını açıqlayıb

Avropa Məhkəməsi Azərbaycana dair daha iki iş üzrə qərarını açıqlayıb
# 03 fevral 2011 11:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana dair daha iki iş üzrə qərarını açıqlayıb. APA-nın məhkəmənin saytına istinadən yaydığı məlumata görə, Pirəli Orucovun işi üzrə materialları araşdıran AİHM iddiaçının ədalətli məhkəmə təhqiqatı hüququnun pozulduğu qənaətinə gəlib. Məhkəmə iddiaçıya dəyən ziyana görə 3000 avro təzminat, məhkəmə xərcləri üçün isə 550 avro ödəniş müəyyənləşdirib. 1958-ci il təvəllüdlü Pirəli Orucov haqqında 2005-ci ilin iyununda başqasının əmlakını məhv etmək ittihamı ilə ədalətsiz cinayət işi qaldırıldığını bildirib və hüquqlarının bərpası üçün AİHM-ə müraciət edib.

Çıxarılmış məhkəmə qərarının onun lehinə icra olunmaması ilə bağlı AİHM-ə şikayət edən Axundov soyadlı Azərbaycan vətəndaşının iddiası üzrə də qərar çıxarılıb. Məhkəmə iddiaçının ədalətli məhkəmə təhqiqatı və mülkiyyət hüquqlarının pozulduğu qənaətinə gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR