Qaxda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

Qaxda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb
# 05 fevral 2011 08:36 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın Qax rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib. Yol qəzası Qax-Acınohur yolunun 18-ci kilometrliyində qeydə alınıb. 1980-cı il təvəllüdlü, Qax rayonu Qıpçaq kənd sakini Vəliyev Xaqani Vidadi oğlu idarə etdiyi UAZ markalı, 62 BB 671 dövlət nişan nömrəli yük maşınını yolun kənarındakı kanala aşırıb. Baş vermiş qəza nəticəsində yük maşınında olan sərnişin, 1971-ci il təvəllüdlü Xəlolov Nazim Niyazi oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü Xaqani Vəliyev isə müxtəlif bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına(MRX) yerləşdirilib. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR