Bakıda nəvə nənəsinin evindən xeyli miqdarda pul oğurlayıb

Bakıda nəvə nənəsinin evindən xeyli miqdarda pul oğurlayıb
# 07 fevral 2011 09:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı sakininin evindən 14 min manat oğurlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Binəqədi rayon sakini Şahnaz Məmmədovanın evindən 14 min manat pul naməlum şəraitdə oğurlanıb. Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Ş. Məmmədovanın nəvəsi Natiq Məmmədov olduğu məlum olub. N. Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR