Güclü qar səbəbindən 20-dək maşın Ağsu aşırımında və Muğanlı-İsmayıllı yolunda qalıb

Güclü qar səbəbindən 20-dək maşın Ağsu aşırımında və Muğanlı-İsmayıllı yolunda qalıb
# 07 fevral 2011 12:43 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının APA-nın Şirvan bürosuna verdiyi məlumata görə, 14 kilometrlik Ağsu aşırımında hal-hazırda qarla əlaqədar avtomobillərin qalxıb-enməsində müəyyən çətinliklər mövcuddur. Yol tam bağlanmasa da, əksər sürücülər alternativ olaraq Ağsu-Kürdəmir yolundan istifadə edirlər. Ötən gecədən başlayaraq yağan qar hələ də davam edir. Bu gecə Ağsu aşırımında yolun buz bağlayacağı bildirilir. Hazırda əraziyə 10 santimetr hündürlüyündə qar yağıb və Ağsu rayon yol istismar idarəsinin ağır texnika və işçiləri nəqliyyatın hərəkətinin dayanmaması üçün yolu qardan təmizləyirlər.

Muğanlı-İsmayıllı yolunda da vəziyyət eynidir. Qarın yağmasına baxmayaraq, ağır texnikalar hazırda yola qum səpməklə nəqliyyatın hərəkətini təmin edir. Hər iki yolda 20-dək avtomobil texniki cəhətdən nasaz olduğuna, şinləri isə qış fəslinə uyğun olmadığı üçün yolda qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR