Bakıda avtomobillərdən oğurluq edən 7 nəfərdən ibarət dəstə zərərsizləşdirilib

Bakıda avtomobillərdən oğurluq edən 7 nəfərdən ibarət dəstə zərərsizləşdirilib
# 08 fevral 2011 08:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobillərdən oğurluq edən 7 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Məlumata görə, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində xarici markalı avtomobillərin şüşələrini sındırma yolu ilə oğurluq etdiklərinə görə, Bakı şəhər sakinləri Rəşid Məlikov, Elxan Alıməmmədov, Nicat Bağıyev, Elvin Musayev, Kamran Ələsgərov, Səkinə Talıbova və Qubadlı rayon sakini Rəxşan Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.

Məlum olub ki, onlar ötən ilin dekabr ayında X. Məmmədov küçəsində Fərid İsmayılova məxsus «VAZ-2107» markalı avtomobilin qapısının kilidini sındırmaqla maqnitofon, fevralın 2-də Xətai rayonu ərazisində Əbülfət Səmədova, Salman Murquzova, Namiq Məmmədova, Fərid Həsənova, Ramin Orucova, Cavad Tacirliyə, Qabil Quliyevə, Alı Cabbarova, İlham Məmmədova və Hüseyn Verdiyevə məxsus «Mercedes», Rüstəm Səmədova məxsus «Mitsubishi», Əjdər Nəsirova məxsus «Hyundai-Sonata», Anar Əliyevə məxsus «Hyundai Tucson», Vüqar Bəşirova məxsus «Hyundai-Sonata», Rasəf Hüseynova məxsus «Tofaş», Nurməmməd Nurməmmədova məxsus «Kia Opdima» markalı avtomobillərin şüşələrini sındırmaqla oğurluğa cəhd ediblər. Elə həmin gün sözügedən rayon ərazindən Rəsul Əzizova, Zaur Cəbrayılova, Dolxan Bəşirova, Yaşar Əhmədova, Elçin Səmədova məxsus «Mercedes» markalı avtomobillərin şüşələrini sındırmaq yolu ilə mobil telefon, pul və digər əşyalar oğurlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR