Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb - FOTO

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb  - <font color=red>FOTO</font>
# 08 fevral 2011 10:35 (UTC +04:00)
Bakı-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən əldə olunmuş məlumat əsasında növbəti dəfə bu müəssisəyə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, fevralın 7-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.2; 181.2.3; 181.2.5-ci maddələri ilə (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ağayev Rövşən Xanverdi oğlunun yanına görüşə gəlmiş vətəndaş Mehdiyev İskəndər Adil oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman doğranmış toyuq ətinin arasında gizlədilmiş 3,251 qram çəkidə narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR