Qobustan həbsxanasında saxlanılan 7 məhkumla bağlı araşdırma aparılıb

Qobustan həbsxanasında saxlanılan 7 məhkumla bağlı araşdırma aparılıb
# 10 fevral 2011 08:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təşkilat Nəzarət İdarəsinin, Rejim Nəzarət şöbəsinin əməkdaşları Qobustan həbsxanasında birgə araşdırma aparıblar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ömürlük həbs cəzasına məhkum edilmiş Rafiq Bayramov, Fuad Orucov, Daşqın Quliyev, Rüstəm Mehdiyev, Vüqar Dadaşov, Əlibala Əliyev və Şakir Rzaxanovla görüş keçirilib, onların saxlanılma şəraiti araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, bir məhkum istisna olmaqla, qalan altı məhkumun heç biri aclıq aksiyası keçirmir. Ş. Rzaxanov aclıq aksiyası keçirdiyini, bu barədə müəssisə rəisinə müraciət etmədiyini bildirib. Məhkum aclıq aksiyası keçirməsinə səbəbin onlarla bir kamerada saxlanılan digər 4 ömürlük məhkumdan birinin yerinin dəyişdirilməsinin olduğunu söyləyib.

Məhkum Araz Əhmədovla söhbət zamanı o, saxlanma şəraitindən şikayətinin olmadığını, həbsxana əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmadığını bildirib. A. Əhmədovun bədəninə baxış keçirilib, zorakılıq izləri aşkar edilməyib.
Ümumilikdə söhbət aparılmış məhkumlar həbsxananın tibb hissəsinin rəisinin və burada olan köşkün fəaliyyətindən narazılıqlarını söyləyiblər. Eyni zamanda rejim korpuslarına başçəkmə zamanı məlum olub ki, standartlara cavab verməyən kameralar bağlanılıb və orada təmir işləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR