Bakı Apellyasiya Məhkəməsi “Xural” qəzetinin Ağabəy Əsgərova 1000 manat ödəməsi barədə qərarı qüvvədə saxlayıb

Bakı Apellyasiya Məhkəməsi “Xural” qəzetinin Ağabəy Əsgərova 1000 manat ödəməsi barədə qərarı qüvvədə saxlayıb
# 10 fevral 2011 14:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Apellyasiya şikayəti təmin olunmayıb.

Əvəz Zeynallı APA-ya açıqlamasında bildirib ki, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov qəzetdə gedən tənqidi yazıya görə, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə isə Əvəz Zeynallının 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunması və 1000 manat təzminat ödəməsi barədə qərar qəbul edib. Baş redaktor 1000 manat təzminat ödəməyə maddi imkanları çatmadığından məhkəməyə müraciət etdiklərini, lakin məhkəmə həmin iddianı təmin etmədiyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR