Hövsan qəsəbəsi yaxınlığında ağır yol qəzası baş verib

Hövsan qəsəbəsi yaxınlığında ağır yol qəzası baş verib
# 10 fevral 2011 21:50 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev. APA. Hövsan qəsəbəsi yaxınlığında “Mercedes” markalı 90-BA-330 dövlət nömrə nişanlı avtomobil əks istiqamətlə hərəkət edən “Reno” markalı maşın ilə toqquşub.

APA-nın verdiyi xəbərə görə, hadisə nəticəsində “Reno” markalı maşının iki sərnişini ağır xəsarət alaraq qəzalı avtomobildən düşə bilməyiblər və maşında başlanan yanğında həlak olublar. Həmin avtomobilin digər bir sərnişini ağır travmalar ilə xəstəxanaya çatdırılıb.

“Mercedes” markalı maşının sürücüsü və bir sərnişin ağır xəsarət ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində DYP əməkdaşları araşdırma aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR