Hüquq müdafiəçisi: “Hacı Məmmədovun həyatına heç bir təhlükə yoxdur”

Hüquq müdafiəçisi: “Hacı Məmmədovun həyatına heç bir təhlükə yoxdur”
# 11 fevral 2011 11:29 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya hüquq müdafiəçisinin öz məlumat verib.

E. Behbudov təcridxanada saxlanılan iki Azərbaycan və bir İran vətəndaşı ilə görüşdüyünü deyib: “İran vətəndaşı İran-Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə, azərbaycanlılar isə külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarına görə saxlanılıblar. Özlərini təqsirli bilirlər. Onlara qarşı münasibətdən və saxlanma şəraitindən narazılıqları yoxdur”.

Komitə sədri MTN-də saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə də maraqlandığını deyib: “Onun həyatına heç bir təhlükə yoxdur. Vəziyyəti normaldır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR