Azərbaycandan Rusiyaya külli miqdarda narkotik maddə keçirməyə cəhd edən mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib - FOTO

Azərbaycandan Rusiyaya külli miqdarda narkotik maddə keçirməyə cəhd edən mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib - <font color=red>FOTO</font>
# 11 fevral 2011 12:18 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Bu gün Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Federal Nəzarət Xidmətinin (DFNX) rəhbəri Viktor İvanov birgə mətbuat konfransı keçiriblər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. İvanov qeyd edib ki, bu ilin əvvəlində DFNX-nın Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ilə birgə keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində Əfqanıstandan Rusiyaya gətirilən 400 kiloqrama yaxın narkotik vasitə ola həşiş ələ keçib. Onun sözlərinə görə, bu ilin yanvarında Azərbaycan xüsusi xidmət orqanlarından Rusiyanın müvafiq qurumlarına bu ölkənin ərazisinə külli miqdarda narkotik vasitə olan həşişin keçiriləcəyi haqqında məlumat daxil olub: “Birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan beynəlxalq mütəşəkkil cinayətkar dəstənin lideri, Azərbaycan və Türkiyə vətəndaşı olan şəxs həbs edilib. Keçirilən üç böyük əməliyyat nəticəsində 390 kiloqram əfqan həşişi müsadirə olunub”.

Səfir Polad Bülbüloğlu hər iki ölkənin xüsusi xidmət orqanlarının narkotiklərlə mübarizədə birgə əməkdaşlığını yüksək qiymətləndirdiyini söyləyib. Onun sözlərinə görə, narkotik transmilli problemdir: “Bu problem bütün dünyanı narahat edir. Ona görə də, buna qarşı birlikdə mübarizə aparmaq lazımdır”.

P. Bülbüloğlu bildirib ki, Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası haqqında sənəd imzalanıb: “Azərbaycan parlamenti bu sənədi ratifikasiya edib. İndi Rusiya Duması bu sənədi ratifikasiya etməlidir. Bundan sonra hər iki ölkənin sərhəd xidməti daha effektli işləyəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR