Bakıda və Samur-Abşeron su kanalında meyit tapılıb

Bakıda və Samur-Abşeron su kanalında meyit tapılıb
# 12 fevral 2011 10:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Fevralın 11-də saat 08.10 radələrində Bakının Sabunçu rayonunda kişi meyiti tapılıb. APA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ramana qəsəbəsinin ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti aşkarlanıb. Prokurorluq ilkin yoxlama aparır.

Fevralın 11-də saat 10.00 radələrində Siyəzən rayonu ərazisində, Samur-Abşeron su kanalında da meyit tapılıb. Bakı şəhər sakini Mircəlil Rzayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanaldan çıxarılıb. Prokurorluq tərəfindən ilkin yoxlama aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR