Hacıqabulda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Hacıqabulda ölümlə nəticələnən avtomobil qəzası baş verib
# 14 fevral 2011 07:12 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müstəntiqi Anar İmanquliyev məlumat verib. Fevralın 14-də gecə saat 00.2 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində “VAZ 2107” markalı avtomobil aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü Sabirabad şəhər sakini, 1948-ci il təvəllüdlü Zeynalov Qalamirzə Zeynal oğlu hadisə yerində dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR