Şirvanda yük maşını aşıb - FOTO

Şirvanda yük maşını aşıb - <font color=red>FOTO</font>
# 14 fevral 2011 08:40 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində “ENGİN” MMC-yə məxsus avtomobil aşıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan çəhər Polis Şöbəsinin Yol Polisi Şöbəsindən məlumat verilib. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. “ENGİN” MMC-yə məxsus, Şirvan sakini Cəlalbəyli Cəlal nizami oğlunun idarə etdiyi AZ H020 691 dövlət nömrə nişanlı yük maşını ilə “VAZ 2107” markalı 90 XE 417 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə sürətlə hərəkət edən yük maşını yolun kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza zamanı yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Avtomobillərə və şəhər təsərrüfatına ziyan dəyib.
Faktla bağlı Şirvan şəhər Polis şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR