Haitidə vəba qurbanlarının sayı 4,4 mini ötüb

Haitidə vəba qurbanlarının sayı 4,4 mini ötüb
# 15 fevral 2011 04:28 (UTC +04:00)
Bakı-APA. Haitidə vəba epidemiyası qurbanlarının sayı 4 min 452 nəfərə çatıb. Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. Ötən ilin oktyabrından bəri epidemiyaya yoluxanların ümumi sayı 225 min nəfəri ötüb.

Epidemiya ölkənin bütün ərazisində yayılıb, lakin daha acınacaqlı vəziyyət Artibonit əyalətindədir. Orada 860 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR