Ağdaşda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Ağdaşda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
# 15 fevral 2011 08:27 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev APA-nın Şirvan bürosuna bildirib ki, hadisə fevralın 14-də axşam saat 21:30 radələrində magistral yolun 258-ci kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb. Bərdə rayonunun Lək kənd sakini 1964-cü il təvəllüdü Məmmədov Zahid Rüstəm oğlunun idarə etdiyi 10 CT 038 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı minik avtomobili qarşı tərəfdə yolun eyni hərəkət istiqamətində hərəkətdə olan Tərtər rayonunun Çardaqlı kənd sakini 1986-cı il təvəllüdlü Almazov Zakir Zabil oğlunun idarə etdiyi 90 AM 737 dövlət nömrə nişanlı “Amur 633100” markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb.
Hadisə nəticəsində “Hyundai Sonata”nın sürücüsü Z. Məmmədov dünyasını dəyişib, onun oğlu 1987-ci il təvəllüdlü Məmmədov Vüsal ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR