Azərbaycanda 75 metr uzunluğunda körpü uçub

Azərbaycanda 75 metr uzunluğunda körpü uçub
# 15 fevral 2011 15:44 (UTC +04:00)
Onun sözlərinə görə, hadisə bu gün saat 15.00 radələrində baş verib. Şəki şəhərindən Kiş kəndinə gedən yolda, Kiş çayı üzərində 1996-cı ildə dəmir konstruksiyalarla tikilib istifadəyə verilən 75 metr uzunluğunda körpünün 35 metrə qədər hissəsi uçub. Buna səbəb mişar daşı ilə normadan artıq yüklənmiş “KamAZ” markalı maşının ərazidən keçməsi olub. Artıq yükə tab gətirməyən dəmir konstruksiyalı körpü tədricən uçub. Körpünün uçması tədricən baş verdiyinə görə yüklə dolu “KamAZ” markalı maşın və sürücü heç bir xəsarət almayıb. Hadisə baş verən zaman “KamAZ” markalı maşının arxasınca gedən “VAZ-2106” markalı maşın da Kiş çayına düşüb. Xoşbəxtlikdən “VAZ-2106” markalı maşının sürücüsünə və sərnişinlərinə də xəsarət dəyməyib. Körpünün uçması səbəbindən Şəki şəhəri və Kiş kəndi ilə əlaqə bir müddət dayanıb, lakin hazırda Kiş çayında suyun olmaması səbəbindən az müddət ərzində alternativ yolun salınmasına nail olunub. Hazırda Şəki rayon fövqəladə hallar komissiyasının əməkdaşları və aidiyyəti müəssisələrin nümayəndələri ərazidə körpünün bərpası istiqamətində işlərə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR