Nardaranda aksiya keçirilib

Nardaranda aksiya keçirilib
# 16 fevral 2011 13:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakının Nardaran qəsəbəsindəki İmam Hüseyn meydanında etiraz aksiyası keçirilib. APA-nın xəbərinə görə, aksiyada ilk çıxış edən Natiq Kərimov çıxışçıları təhqirlərə yol verməməyə çağırıb.

N. Kərimov kəndin sosial durumundan, təbii qazın olmamasından və işsizlikdən danışıb. Daha sonra isə deyib ki, təbii qaz verilsə belə, onun pulunu ödəmək gücündə deyillər.

Kənd sakini İslaməli Əliyev isə hər həftənin cümə günü kənddə etiraz aksiyası keçirilməsi barədə təklif verib.

Qaz İstismar İdarəsinin Nardaran üzrə əməkdaşı İmran Ələkbərov da aksiyada çıxış edib və qəsəbədə təbii qaz probleminin olduğunu deyib.

İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Rasim Əlizadə, Bakı Dirçəliş İctimai Birliyinin sədri Abbasağa Məmmədov da çıxış edərək qeyd olunan problemlərin digər Bakı kəndlərində də olduğunu deyiblər.

Aksiyada ərazidən seçilmiş millət vəkili Eldar Quliyevin ünvanına tənqidi fikirlər səslənib, deputat fəaliyyətsizlikdə ittiham olunub. Aksiyaçılar, həmçinin başqa bir deputatı - Qalib Salahzadəni də tənqid ediblər.

Nardaranlılar gələn cümə günü də aksiya keçirəcəklərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR