İllərdir Tərtər şəhərində ağaca sancılıb qalan “Qrad” mərmisi zərərsizləşdiriləcək

İllərdir Tərtər şəhərində ağaca sancılıb qalan “Qrad” mərmisi zərərsizləşdiriləcək
# 17 fevral 2011 11:37 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər şəhərinin Elman Hüseynov küçəsində partlamamış mərmi aşkarlanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, tapılan mərmi Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən atılıb və partlamayıb.

“Qrad” tipli BM-21 markalı döyüş maşınına məxsus artilleriya mərmisi həmin dövrdən çinar ağacına sancılmış şəkildə qalıb. Partlamamış hərbi sursatı hündür və iri gövdəli ağacı kəsməklə götürmək mümkün olub. Mərminin partlayış yolu ilə zərərsizləşdirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR