Zərdab sakini suda boğulub

Zərdab sakini suda boğulub
# 23 fevral 2011 18:55 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Zərdab sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Burumlu kəndində baş verib. Belə ki, Zərdab rayon sakini, 6-cı sinif şagirdi, 12 yaşlı Əmirov Murad Vasif oğlu kiçik qardaşı ilə yerli sakinlər arasında Axmaz kimi tanınan kanalda qayıqla üzərkən ayağı sürüşüb və suda boğularaq ölüb. Kənd sakinlərinin köməkliyi ilə təxminən 3 saatlıq axtarışdan sonra mərhumun meyiti sudan çıxarılıb. Məlumata görə mərhum odun gətirmək məqsədi ilə qayıqla qonşu kəndə gedirmiş. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR