Azərbaycandan Çeçenistana keçməyə cəhd edən silahlı qrup üzvlərinin məhkəməsində vəkillər çıxış edib

Azərbaycandan Çeçenistana keçməyə cəhd edən silahlı qrup üzvlərinin məhkəməsində vəkillər çıxış edib
# 24 fevral 2011 13:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan Rusiyaya keçməyə cəhd edən silahlı qrup üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edib. Vəkillər təqsirləndirilən şəxslərin terrorla əlaqəsi olmadığını, onların dinc yolla Çeçenistana keçək istədiklərini deyiblər. Proses martın 3-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər - Fransa və Avstriya vətəndaşları Ramzan Terşiyev, Suxrab Merjuyev, Xasan Xaldıxaroyev, Türkiyə vətəndaşı İlhan Taşbey və Azərbaycan vətəndaşı Ramiz Mirzəyev 2009-cu il iyulun 16-da Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər. Sərhədçilərlə dəstə üzvləri arasında toqquşma baş verib. Nəticədə əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Dəstə üzvlərindən isə biri öldürülüb, digəri isə xəsarət alıb.

Bir neçə gün sonra isə qanunsuz silahlı qruplaşmanın üzvləri həbs edilib. Mütəşəkkil dəstənin məqsədi Pankisi dərəsinə getmək olub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 214-cü (terrorçuluq), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR