Zaqatalada 61 yaşlı qadın qətlə yetirilib

Zaqatalada 61 yaşlı qadın qətlə yetirilib
# 25 fevral 2011 09:10 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, 1950-ci il təvəllüdlü Zaqatala şəhər sakini Əyibova Seyran Şakir qızı yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Evdə tək yaşayan Seyran Əyibovanın döş qəfəsinə 10 dəfə bıçaq zərbəsi vurulduğu bildirilir. Hadisənin hansı şəraitdə törədildiyi hələlik məlum deyil. Hazırda Zaqatala RPŞ-nin və Zaqatala rayon Prokurorluğunun əməkdaşları hadisəni törədənin tapılaraq, istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR