Zərdabda saxlanılan şəxsdən 1 kiloqrama yaxın marixuana götürülüb

Zərdabda saxlanılan şəxsdən 1 kiloqrama yaxın marixuana götürülüb
# 25 fevral 2011 10:00 (UTC +04:00)
Bakı-APA. Zərdab rayonunda narkotik alverçisi saxlanılıb. Zərdab rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxs Həsənov Zaur Mirzə oğludur. Ondan rayondakı restoranlardan birində 1 kiloqrama yaxın marixuana götürülüb. Zərdab rayon Polis Şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 234. 4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR