Lənkəranda yol qəzasında 3 avtomobil ciddi zədə alıb

Lənkəranda yol qəzasında 3 avtomobil ciddi zədə alıb
# 02 mart 2011 08:40 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ötən gecə Lənkəran şəhərində baş verən zəncirvari avtomobil qəzası nəticəsində 3 avtomobilə ciddi ziyan dəyib. APA-nın cənub bürosunun məlumatına görə, sürücüsünün şəxsiyyəti məlum olmayan “VAZ-2107” markalı avtomaşın qarşı tərəfin hərəkət yoluna çıxaraq Lənkəran şəhər sakini Rəfaddin Kentov oğlu Məmiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla toqquşub. Zərbənin təsirindən “VAZ-2106” idarəetməni itirərək şəhər sakini Elçin Kamal oğlu Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşına dəyib. Nəticədə hər 3 maşına ciddi ziyan dəyib. Bundan əlavə yolun piyadalara məxsus hissəsindəki səkilər dağılıb. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) Dövlət Yol Polisi Bölməsinin müfəttişi Ramal Əkbərobun sözlərinə görə, qəza “VAZ-2106” markalı, BJ 595 nömrə nişanlı avtomaşınının sürücüsünün ötmə əməliyyatını düzgün aparmaması, qarşı tərəfin hərəkət yoluna çıxmaqla qəza şəraiti yaratması ucbatından baş verib. Həmin sürücü hadisə yerindən qaçdığından hazırda onun tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR