Konstitusiya Məhkəməsində Xorvatiya Ali Məhkəməsinin sədri ilə görüş keçirilib

Konstitusiya Məhkəməsində Xorvatiya Ali Məhkəməsinin sədri ilə görüş keçirilib
# 02 mart 2011 12:41 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Hrvatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məhkəmənin saytına istinadən xəbərinə görə, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.
Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Hrvati Xorvatiya Konstitusiya Məhkəməsinin qərarlarında Avropa Beynəlxalq İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən geniş istifadə edildiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR