Lənkəranda toyuq fermasında yanğın olub

Lənkəranda toyuq fermasında yanğın olub
# 04 mart 2011 07:08 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Göyşaban kənd sakini Mircəlal Saleh oğlu Seyfullayevə məxsus toyuq fermasında qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Bununla belə, ümumi sahəsi 250 kvadratmetr olan fermanın 40 kvadratmetrlik tavan hissəsi yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR