Lənkəranda minik avtomobili avtobusla toqquşub

Lənkəranda minik avtomobili avtobusla toqquşub
# 04 mart 2011 07:13 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərinin Qəzənfər Nəsirli küçəsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, “VAZ-2106” markalı, 10 BB 603 dövlət nömrə nişanlı avtomobil “PAZ” markalı, 42 AC 691 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtobusun sərnişini, Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Aqil Əlizadə oğlu Rzayev gözaltı nahiyəsinin əzilmiş-kəsilmiş yarası və boyun nahiyəsinin qapalı travması diaqnozu ilə Lənkəran Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR