Bakıda yaşayış evinə basqın olub

Bakıda yaşayış evinə basqın olub
# 04 mart 2011 08:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evinə basqın olub. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə martın 2-də Ağa-Nemətulla küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Ülviyyə Abdulovanın 2-ci mərtəbədə yerləşən mənzilinə eyvanın açıq qapısından daxil olan naməlum şəxs bıçaqla ev sahibəsinə hədə-qorxu gəlib və qızıl-zinət əşyalarını alaraq qaçıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi və Post Patrul Xidməti Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Babayev tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR