Azərbaycanda bir neçə gün əvvəl həyat yoldaşını öldürən Qəbələ sakini intihar edib

Azərbaycanda bir neçə gün əvvəl həyat yoldaşını öldürən Qəbələ sakini intihar edib
# 04 mart 2011 09:33 (UTC +04:00)
Qəbələ rayonu, Savalan kənd sakini Mehman Bəkirov rayon ərazisində yerləşən qəbiristanlıqda odlu silahla özünü öldürüb. Dərhal hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib. Araşdırmalar nəticəsində intihar edənin həyat yoldaşını öldürdüyü üçün axtarışa verilən şəxs olduğu məlum olub.

Belə ki, bir neçə gün əvvəl Qəbələ rayonu, Savalan kənd sakini Mehman Bəkirov, keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Bəsti Məhəmməd qızı Yusifovanı ov tüfəngindən atəş açaraq qətlə yetirib. M. Bəkirov keçmiş həyat yoldaşını öldürdükdən sonra qaçıb. İlkin məlumata görə, hadisəyə əmlak üstündə düşən mübahisə səbəb olub.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR