Bakı-Qazax yolunda naməlum avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Bakı-Qazax yolunda naməlum avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb
# 04 mart 2011 09:41 (UTC +04:00)
Ucar. Şahnəzər Bəşirov – APA. Bakı-Qazax yolunun 213-cü kilometrliyində, Ucar rayonunun Müsüslü kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 22.00 radələrində qeydə alınıb. Naməlum avtomobil Ucar rayonunun Təzə Şilyan kənd sakini 1967-ci il təvəllüdlü Səlimov Cümşüd Xanış oğlunu vuraraq, hadisə yerindən qaçıb. C. Səlimov hadisə yerində dünyasını dəyişib. Hazırda avtomobilin tapılması istiqamətində tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR