Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
04 mart 2011 11:47 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov - APA. Ağstafa rayonu ərazisində, Bakı-Qazax magistralının 452-ci kilometrliyində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün saat 19:30 radələrində Ağstafa rayon sakini 1980-ci il təvəllüdlü Polad Hüseynzadənin idarə etdiyi 90 FX 254 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomaşın hərəkətdə olarkən işıq dirəyinə çırpılıb və nəticədə avtomobil yol kənarındakı səkiyə düşərək divara çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin Ağstafa sakini 1980-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisənin yüksək sürət nəticəsində idarəetmənin itirilməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Hadisənin yüksək sürət nəticəsində idarəetmənin itirilməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Hadisə
Bakıda moped minik avtomobilinə, digər maşın isə onlara çırpılıb
02:29
17 sentyabr 2024
Göygöldə baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB
22:54
16 sentyabr 2024
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlanıb - VİDEO
17:45
16 sentyabr 2024
Nazim Bəydəmirliyə cəza istənilib
17:28
16 sentyabr 2024