Lənkəranın Liman şəhərində fərdi yaşayış evində yanğın olub

Lənkəranın Liman şəhərində fərdi yaşayış evində yanğın olub
# 06 mart 2011 10:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Martın 5-də saat 21.30 radələrində Lənkəran rayonunun Liman şəhər sakini Rəfiqə Qasımovaya məxsus ikimərtəbəli yaşayış evində yanğın baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını hadisə yerinə gəlib. Yanğınsöndürənlərlə qonşuların birgə səyləri nəticəsində yanğının qarşısı alınıb. Bununla belə, evin ikinci mərtəbəsindəki otaqlardan biri içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

İlkin versiya kimi, yanğının odun sobasından çıxan qığılcımdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR