Prokurorluq Bakıda mağazaya edilən silahlı basqınla bağlı məlumat yayıb

Prokurorluq Bakıda mağazaya edilən silahlı basqınla bağlı məlumat yayıb
# 07 mart 2011 12:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Prokurorluğu paytaxtda mağazaya edilən silahlı basqınla bağlı məlumat yayıb. Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq - bir qrup şəxs tərəfindən silahdan və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Şübhəli şəxs qismində saxlanılan Sarvan Babayev və Qahir Şərfəliyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün iş məhkəməyə göndərilib.

Qeyd edək ki, martın 5-i saat 01:20 radələrində 2 nəfər naməlum şəxs, Novxanı bağlar massivində yerləşən «Murad» marketə daxil olaraq mağaza sahibi, Sumqayıt şəhər sakini Emin Turabova odlu silahdan 2 dəfə atəş açaraq hər iki qolundan xəsarət yetirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR