Azərbaycanda qanunsuz silah dövriyyəsinə və qaçaqmalçılığına görə ötən il 16 nəfər həbs edilib

Azərbaycanda qanunsuz silah dövriyyəsinə və qaçaqmalçılığına görə ötən il 16 nəfər həbs edilib
# 09 mart 2011 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2010-cu ilin yekunları ilə bağlı parlamentə təqdim etdiyi hesabatda bildirilir. Hesabatda qeyd olunub ki, qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində qanunsuz silah dövriyyəsinə və qaçaqmalçılığına görə ötən il 16 nəfər həbs edilib. Onlardan çoxlu sayda odlu silah və partlayıcı qurğu aşkar edilərək götürülüb.

Bundan başqa, külli miqdarda qiymətli metalın və daş-qaşın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin, habelə, Azərbaycanın mədəni sərvəti olan rəsm əsərlərinin ölkələrdən çıxarılmasının qarşısı alınıb. Ümumilikdə qaçaqmalçılıq faktları ilə bağlı 11 cinayət işi başlanıb, 29 nəfər məsuliyyətə cəlb ediliblər. Həmin şəxslərdən 1 nəfər Rusiya, 1 nəfər Ukrayna, 2 nəfər Belarus, 3 nəfəri isə İran vətəndaşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR