Sabirabadda fərdi yaşayış evində yanğın hadisəsi baş verib

Sabirabadda fərdi yaşayış evində yanğın hadisəsi baş verib
# 09 mart 2011 21:47 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadın Əsgərbəyli kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad şöbəsinin rəisi Əlirza Həmzəyev məlumat verib. Məlumatda bildirilir ki, bu gün Mehdiyev Əlizadə İsmayıl oğluna məxsus ümumi sahəsi 156 kvadrat metr olan evdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad şöbəsinin şəxsi heyəti hadisə yerində çatdıqdan sonra yanğını söndürərək onun digər yardımçı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı evin dam örtüyü və ev əşyaları tamamilə yanıb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR