Türkiyədə soyğunçuluq edən bir azərbaycanlı yaxalanıb, 3-ü axtarılır

Türkiyədə soyğunçuluq edən bir azərbaycanlı yaxalanıb, 3-ü axtarılır
# 10 mart 2011 12:10 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkiyənin İstanbul şəhərində yaşayan Türkmənistan vətəndaşı Jarakul Rustavol polisə müraciət edərək 4 nəfər azərbaycanlı tərəfindən soyulduğunu bildirib. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, J. Rustavol 4 nəfərin onun İstanbulun Bəylikdüzü rayonunda yerləşən evinə gələrək özlərini polis kimi təqdim etdiklərini, 1000 türk lirəsi və 600 dollar pulunu, noutbuk və cib telefonunu qəsb etdiklərini bildirib.

Məlum olub ki, eyni şəxslər həmin gün eyni məhəllədə başqa bir türkməni də soyaraq onun da noutbukunu alıblar. Yerli polis cinayətkarları Bəylikdüzündə yaşayan azərbaycanlılar arasında axtarıb. Nəticədə soyğunçulardan biri olduğu ehtimal edilən Azərbaycan vətəndaşı Ramin Məmmədzadə saxlanılıb. R. Məmmədzadə ilkin dindirmə zamanı soyğun iddialarını qəbul etməyib. Lakin polisin apardığı araşdırmalar nəticəsində onun ikisi oğurluq olmaqla üstü-üstə 5 cinayətdə iştirak etdiyi məlum olub.
Polis digər 3 azərbaycanlını axtarır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR