Kürdəmirdə 3 narkotik alverçisi tutulub

Kürdəmirdə 3 narkotik alverçisi tutulub
# 12 mart 2011 09:24 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov - APA. Kürdəmir rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər həbs edilib. Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən xəbərə görə, martın 11-də keçirilən reyd zamanı Şüşün kənd sakinləri Abdullayev Əliabbas Mirzəli oğlu və Mahmudov Əli Mahmud oğlu şərti alıcıya 10 qram qurudulmuş marixuana satarkən tutulublar. Əli Mahmudovun üzərinə baxış keçirilərkən ondan daha 5 qram marixuana götürülüb.

Bundan əlavə, Kürdəmir şəhərində Ərşəli kənd sakini İsgəndərov Famil Ənvər oğlu şübhəli şəxs qismində saxlanılaraq üzərinə baxış keçirilərkən ondan 3.1 qram marixuana aşkar edilib.

Hər üç şəxs istintaqa təhvil verilib və barələrində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR